Məhkəmə qərarları › İş №2(036)-3103/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3103/2020

11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3103/2020 11.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyət hüququna dair» JN-02xx xxxxx 50700058 saylı Dövlət aktında səhv olaraq yazılmış “X18” X13, “Ərizəçi2 Cvavd qızı” Ərizəçi2, “X14” Ərizəçi4 və “X15” Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlara, X22, X13, Ərizəçi2, Maraqlı şəxs1, Ərizəçi4, Ərizəçi3 və Yusifova (Namazova) Rəmziyyə Cavad qızına aqrar islahatı zamanı İmişli rayonu Boşçallar kəndində 3.99 ha çöl pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin onların mülkiyyətində olması rayon X19nın xx xxxx 2001-ci il tarixli qərarı ilə verilmiş JN-0227 nömrəli 50700058 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə təsdiq olunur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq anası X1 “Kazımova” atasının adı “Cərayıl”, bacısı Ərizəçi2 atasının adı “Cvavd”, Ərizəçi4 soyadı “Namazova”, Ərizəçi3 soyadı “Namazov” kimi qeyd olunmuşdur. X22 və X13 vəfat etmişlər. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş X19 və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənədə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirilməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs1 və Yusifova (Namazova) Rəmziyyə Cavad qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan olan İmişli rayon qeydiyyat şöbəsindən verilmiş 05/69-408 saylı arayışdan görünür ki,X22 ilə X16 arasında nikah xx xxx 1956-cı il tarixdə İmişli rayon Sarıxanlı kənd icra nümayəndəli tərəfindən bağlanmış və həmin nikah 09 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X10 “Namazova” soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə İmişli rayonunda ölmüş X6 adı Dövlət X2 kimi qeyd edilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X22 xx.xx.2016-cı il tarixdə İmişli rayonunda vəfat etmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1966-cı il tarixdə İmişli rayonu Boşçallar kəndində doğulmuş ərizəçinin adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsindən verilmiş 05/69-496 saylı arayışdan görünür ki, Ərizəçi4 xx xxxxxx 1963-cü il tarixdə İmişli rayon Sarıxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi4 kimi qeyd edilmişdir. İş materiallarında olan İV-JQ 300194 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə ərizəçi X17 arasında nikah xx xxxx 1984-cü il tarixdə İmişli rayon VVAQ şöbəsi tərəfindən bağlanmış və həmin nikah 6 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Fərzəliyeva ” soyadı verilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsindən verilmiş 05/69-497 saylı arayışdan görünür ki, Ərizəçi3 xx xxxxxx 1985-ci il tarixdə İmişli rayon Sarıxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan JN-0227 nömrəli 50700058 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxx 2001-ci il tarixli 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.99 ha torpaq sahəsi X22, X18, Ərizəçi2 Cvavd qızı, Maraqlı şəxs1, X14, X15, Ərizəçi1 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0227 nömrəli 50700058 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0227 nömrəli 50700058 kodlu Dövlət Aktının Ərizəçi1, X22, X13, Maraqlı şəxs1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və Yusifova (Namazova) Rəmziyyə Cavad qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0227 nömrəli 50700058 kodlu Dövlət Aktının Ərizəçi1, X22, X13, Maraqlı şəxs1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi3 və Yusifova (Namazova) Rəmziyyə Cavad qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 X3, Ərizəçi2 Cvavd qızının Ərizəçi2 kimi, X7 Ərizəçi4 kimi və X9 Ərizəçi3 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar