Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3140/2020 08.12.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)3140/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx xxxxxx 2020-ci il tarixdə İmişli şəhərində İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-041A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X2 Səbirə Eldar qızı, X1 Məryam Ələddin qızı, X12 Ərizəçi3 və Qarayev X8 Balakişi Ələddin oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-041A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx xxx 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.55 ha torpaq sahəsi X18, X16, X10, X12 və Ərizəçi4 qızının ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi1 xx.xx.1975-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi2 xx.xx.1974-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi3 xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi4 xx.xx.1999-cu ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/69-455 nömrəli çıxarışına əsasən X3 Ələddin Qulu oğlu ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmuş və Qarayeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 960835 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Asiman İlham oğlu ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Əzizova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 314 saylı arayışda göstərilmişdir ki, JN-041A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv edilərək Ərizəçi1 adı X16, X6 adı X10, Ərizəçi3 adı X12 və Ərizəçi4 adı Ərizəçi4 qızı kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-041A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X2 Səbirə Eldar qızına, X1 Məryam Ələddin qızına, X12 Ərizəçi3 və Ərizəçi4 qızı Ərizəçi4 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-041A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Səbirə Eldar qızına, X1 Məryam Ələddin qızına, X12 Ərizəçi3 və Ərizəçi4 qızı Ərizəçi4 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-3140/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3140/2020
08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver