Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3224/2022 07.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi5 iştirakı ilə, Ərizəçi5 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında səhvən qeyd olunmuş “X5” Ərizəçi1, “X2” Ələkbərova (Hüseynova) Səbirə Əlövsət qızı, “X3” Həşimova (Hüseynova) Nəcibə Əlövsət qızı, “X1” Sadıqova (Hüseynova) Təhminə Əlövsət qızı və “X6” Ərizəçi5 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi5 ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,76 ha torpaq sahəsi X16, X13, X17, X10, X11 və X1 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE13085924 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE17891530 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE16011752 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AA1040109 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi4 kimi qeyd edilmişdir. İş materiallarında olan AA2440641 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi5 kimi qeyd edilmişdir. İş materiallarında olan İİİ-JQ 349304 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X13 qızı arasında nikah 15 may 1984-cü il tarixdə bağlanmış və həmin nikah 03 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 379469 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X14 arasında nikah 14 fevral 2008-ci il tarixdə İmişli rayon Məmmədli və Əliyetməzli kəndləri üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Ələkbərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 025507 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X15 arasında nikah 07 may 2015-ci il tarixdə İmişli rayon İHB-nın Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X9 “Həşimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 960844 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X12 arasında nikah 25 avqust 2014-cü il tarixdə İmişli rayon İHB-nın Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 06 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Sadıqova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi1, Hüseynova (Həşimova) Durxanım Xosrov qızı, Ərizəçi5, Həşimova (Hüseynova) Nəcibə Əlövsət qızı, Ələkbərova (Hüseynova) Səbirə Əlövsət qızı və Sadıqova (Hüseynova) Təhminə Əlövsət qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0103 nömrəli 90711018 kodlu dövlət aktının Ərizəçi1, Hüseynova (Həşimova) Durxanım Xosrov qızı, Ərizəçi5, Həşimova (Hüseynova) Nəcibə Əlövsət qızı, Ələkbərova (Hüseynova) Səbirə Əlövsət qızı və Sadıqova (Hüseynova) Təhminə Əlövsət qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 Ərizəçi1 kimi, X2 Ələkbərova (Hüseynova) Səbirə Əlövsət qızı kimi, X3 Həşimova (Hüseynova) Nəcibə Əlövsət qızı kimi, X1 Sadıqova (Hüseynova) Təhminə Əlövsət qızı kimi və X6 Ərizəçi5 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3224/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3224/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver