Məhkəmə qərarları › İş №2(036)-3224/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3224/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3224/2023 07.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu Ərizəçi daşınar əmlak obyektini mülkiyyət hüququ üzrə əldə etmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi daşınar əmlak obyektini mülkiyyət hüququ üzrə əldə etmə faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək MR 27 markalı 12 kalibrli 132590 nömrəli ov tüfənginin xx.xx.2008-ci ildə vəfat etmiş atası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş İmişli RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa MR 27 markalı 12 kalibrli 132590 nömrəli ov tüfəngi qeydiyyatda yoxdur. Aşağıda göstərilən əsaslara görə iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilməlidir. AR Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. «Xidməti və mülki silah haqqında» AR Qanununun 15-ci maddəsinin 1-ci bəndinə əsasən xidmətivə yamülkisilahınuçotu,saxlanılması,gəzdirilməsi,daşınması,göndərilməsi,təyinatı üzrə istifadə olunması və məhv edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən mülki silah onun saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə olmadıqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən geri alınır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi, təyinatı üzrə istifadə olunması və məhv edilməsiqaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyindən qeydiyyatda olmayan ov tüfənginin (MR 27 markalı 12 kalibrli 132590 nömrəli) kimə məxsus olub olmaması məsələsi də qaydalarda nəzərdə tutulanlar əsasında həmin orqanın özü tərəfindən həll edilir. Ona görə də, Ərizəçi daşınar əmlak obyektini mülkiyyət hüququ əsasında əldə etmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə məhkəmədə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264,266,267və268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi daşınar əmlak obyektini mülkiyyət hüququ əsasında əldə etmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi AR DİN-ə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar