Məhkəmə qərarları › İş №2(036)-3230/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3230/2022

04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3230/2022 04.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Balaxanım Əliheydər qızı, X4 Təranə Piralı qızı, X7 Qaşqay Piralı oğlu, X2 Bədurə Əlikişi qızı, X11 Cavid Afiz oğlu, X12 Şahin Afiz oğlu, X13 Vüsal Afiz oğlu, X5 Orxan Qaşqay oğlu və X3 Aygül İnsafəli qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 2.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Balaxanım Əliheydər qızı, X4 Təranə Piralı qızı, X7 Qaşqay Piralı oğlu, X2 Bədurə Əlikişi qızı, X11 Cavid Afiz oğlu, X12 Şahin Afiz oğlu, X13 Vüsal Afiz oğlu, X5 Orxan Qaşqay oğlu və X3 Aygül İnsafəli qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.74 ha torpaq sahəsi X20, X17, X33, Ərizəçi, X48, X34, X54, X56, X58, X36 və X26 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 627014 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X48 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 455779 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 814386 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X33 xx.xx.1970-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ № 255938 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Teymur ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş və Mehdiyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİ-JQ № 384741 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 Qaşqay Piralı oğlu ilə xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olmuş və İsmayılova soyadını qəbul etmişdir. İşdə olan Seriya AZE 15189529 nömrəli AR X16 surətinə əsasən X25 xx.xx.1973-cü ildə Saatlı rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X41 xx.xx.1968-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X39 xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X35 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X24 xx.xx.1967-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X59 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X55 xx.xx.1991-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X57 xx.xx.1992-ci ildə anadan olmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X1 Balaxanım Əliheydər qızına, X4 Təranə Piralı qızına, X7 Qaşqay Piralı oğluna, X2 Bədurə Əlikişi qızına, X11 Cavid Afiz oğluna, X12 Şahin Afiz oğluna, X13 Vüsal Afiz oğluna, X5 Orxan Qaşqay oğluna və X3 Aygül İnsafəli qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Balaxanım Əliheydər qızına, X4 Təranə Piralı qızına, X7 Qaşqay Piralı oğluna, X2 Bədurə Əlikişi qızına, X11 Cavid Afiz oğluna, X12 Şahin Afiz oğluna, X13 Vüsal Afiz oğluna, X5 Orxan Qaşqay oğluna və X3 Aygül İnsafəli qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar