Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3292/2022 14.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X28 Ərizəçi1, X2 Esmira Bəndər qızı, X30 Ərizəçi3, X3 Ülviyyə Neman qızı, X5 Neman Tufan oğlu, X4 Surəddin Tufan oğlu və X1 Qunça Abduləzim qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X28 Ərizəçi1, X2 Esmira Bəndər qızı, X30 Ərizəçi3, X3 Ülviyyə Neman qızı, X5 Neman Tufan oğlu, X4 Surəddin Tufan oğlu və X1 Qunça Abduləzim qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə İmişli rayonunun Məzrəli kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.49 ha torpaq sahəsi X37, X25, X14, X34, X22, X23, X30, X28, X36 və X16 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X9 surətinə əsasən Ərizəçi2 xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X9 surətinə əsasən Ərizəçi3 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 15496641 nömrəli AR X9 surətinə əsasən X24 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X9 surətinə əsasən X35 xx.xx.1962-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 13830854 nömrəli AR X9 surətinə əsasən X26 xx.xx.1974-cü ildə İmişli rayonunun Məzrəli kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-220 nömrəli arayışına əsasən X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1126 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı X28, Ərizəçi2 adı X22, Ərizəçi3 adı X30, X11 adı X23, X27 adı X34, X12 adı X25 və X8 adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X28 Ərizəçi1, X2 Esmira Bəndər qızına, X30 Ərizəçi3, X3 Ülviyyə Neman qızına, X5 Neman Tufan oğluna, X4 Surəddin Tufan oğluna və X1 Qunça Abduləzim qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0177 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X28 Ərizəçi1, X2 Esmira Bəndər qızına, X30 Ərizəçi3, X3 Ülviyyə Neman qızına, X5 Neman Tufan oğluna, X4 Surəddin Tufan oğluna və X1 Qunça Abduləzim qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-3292/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3292/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver