Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3391/2025 24.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlunun Cavabdehndə notariat ofisinə qarşı (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlunun iştirakı ilə, İddiaçılar Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlunun, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 və Cavabdehndə notariat ofisinə qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçılar maraqlı şəxslər və cavabdehə qarşı iddiaçıların mərhum ataları X6 və mərhum anaları X3 vəfatından sonra miras qalmış İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində və 2,2577 ha pay torpaq sahəsində paylar müəyyən edilmədən vərəsəlik dairəsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X9 xx.xx.2009-cu ildə, anaları X7 xx.xx.2013-cü ildə vəfat etmişdir. Hazırda cavabdeh- X13 Xidmət mərkəzinin notariat ofisi paylar müəyyən edilmədən vərəsəlik dairəsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Mərhum valideynlərindən İmişli Rayonu, Bəhrəmtəpə qəsəbəsində JN-125A kod 90700016 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnamə sənədi ilə 0,16 ha torpaq sahəsi və həmçinin 2,2577 ha pay torpaq sahəsi miras qalmışdır. İddiaçılar notariusa vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etmişlər, lakin cavabdeh olmadığı üçün notarius bildirdi ki, mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi vermək mümkün deyil, mübahisəni məhkəmə həll edə bilər. Ona görə notarius tərəfindən iddiaçılara məhkəməyə müraciət etmələri məsləhət bilinmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ailədə 10 uşaq olmuşlar. Bütün iddiaçılar torpaq paylarını ona verməyə razıdır. Atası sağlığında şifahi olaraq bütün əmlakını onun kiçik oğluna vəsiyyət etmişdir. Maraqlı şəxs Sənubər Türkiyə Respublikasının vətəndaşıdır və ona etibarnamə vermişdir. Digər maraqlı şəxs Təbssüm də Türkiyədə yaşayır. Nikaha daxil olaraq soyadını dəyişmiş, həmçinin şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdir. Buna görə də, ona etibarnəmə verə bilməmişdir. Təbəssümün payının müəyyən olunmasını istəyir. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçılar Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
5. Məhkəmə iddiaçı və maraqlı şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
12. Notariat haqqında Azərbaycan Respublikasinin Qanununun: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir; 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir;
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.3-cü maddəsinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. xx.xx.2025-ci il tarixli İmişli Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinin məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
15. İş materialında olan ölüm haqqında şəhadətnamə sənədlərinin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə, X7 isə xx.xx.2013-cü il tarixdə ölmüşdür.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən xx.xx.2022-ci il tarixli **********82 reyestr nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən 2,2577 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı8, X7, Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şirinov Dı̇ lavər Ədil oğlu, X7, Maraqlı şəxs1 və X1 ümumi birgə mülkiyyətindədir.
17. “JN-125A” Kod 90700016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İmişli rayonu, Bəhramtəpə kəndində yerləşən 0,16 ha torpaq sahəsi Şirinov Dı̇ lavər Ədil oğlu, X7, X5, Şı̇ rı̇ nov Adı̇ l Dı̇ lavər oğlu, X1 mülkiyyətinə verilmişdir.
18. İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə İƏDÜN-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 və X3 Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Maraqlı şəxs1, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Maraqlı şəxs2 ibarət tərkibdə vərəsələri vardır.
19. Məhkəmə qeyd edir ki, dövlət vərəsəlik hüququna təminat verir. Təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər.
20. Qeyd edilməlidir ki, miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.
21. İşin müəyyən edilən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X9 ilə X3 nikаhındаn- Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Maraqlı şəxs1 və Maraqlı şəxs2 аdlı on övlаdlаrı dоğulmuşdur. X9 xx.xx.2009-cu il tarixdə, X7 isə xx.xx.2013-cü il tarixdə ölmüşlər. X9 və X7 vəsiyyətnamə tərtib etməmişlər.
22. Məhkəmə iclasında iddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu bildirmişdir ki, bacısı Şirinova X2 yaşayır, onun bu işlə bağlı vərəsəliyə cəlb edilməsi, son nəticədə vərəsəlik şəhadətnaməsinin əldə edilməsi mümkün olmamışdır. O isə hazırda torpaq sahəsinə sənədlərin rəsmiləşdirilməsi niyyətindədir.
23. Qanunvericiliyin qeyd edilən normalarına əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
24. Məhkəmə qeyd edir ki, iddiaçının miras əmlaka vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir.
25. Hazırkı iş üzrə X9 və X7 ölmüş və onlar miraslarını vəsiyyət üzrə vərəsələrə keçməsini təsdiq edən vəsiyyətnamə tərtib etməmişlər. İddiaçı Şirı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu Cavabdehndə notariat ofisinə vərəsəlik şəhədətnaməsi verilməsi üçün müraciət etmiş, lakin notarius tərəfindən vərəsəlik şəhədətnaməsi verilməsindən imtina edilmişdir. Buna görə də, iddiaçılar vərəsəlik şəhədətnaməsi verilməsi üçün məhkəməyə müraciət etmişlər.
26. Məhkəmə araşdırması zamanı X9 ilə X3 övladlarının birbaşa vərəsə olmaq hüququna malik olmalarına mane olan hallar müəyyən edilməmiş, eyni zamanda onlar mirasdan qanunla müəyyən olunmuş qaydada imtina etməmişlər.
27. Həmçinin qeyd edilməlidir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir və mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu aşağıdakı mövqeləri bildirmişdir:
29. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir.
30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Maraqlı şəxs1 və Maraqlı şəxs2 X9 ilə X3 vərəsələri hesab edilməli və onların hər birinə vərəsəlik şəhadətnaməsi verilməlidir.
31. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
32. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
33. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
34. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğluna aid edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Maraqlı şəxs1 və Maraqlı şəxs2 X9 ilə X3 vərəsələri hesab edilsinlər. Qətnamə Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Mehman Dı̇ lavər oğlu, Nurı̇ yeva Gülən Dı̇ lavər qızı, Şı̇ rı̇ nov İlham Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Elxan Dı̇ lavər oğlu, İddiaçı6 Dı̇ lavər qızı, Qulı̇ yeva İlhamə Dı̇ lavər qızı, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Maraqlı şəxs1 və Maraqlı şəxs2 vərəsəlik payının nisbəti göstərilmədən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Ödənilmiş 100 dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülsaba Ağayeva.