Məhkəmə qərarları › İş №2(036)-340/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-340/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-340/2023 11.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçi X9 iştirakı ilə, Ərizəçi X9 «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X17 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş «X4» X3, «X8» Cəbrayılova (Məmmədova) Gülər Marif qızı kimi, «X10» Əmənova (Məmmədli) Vəfa Marif qızı kimi və «X5» Həsənova (Fərzəliyeva) Elmira Əlövsət qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X17 ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Şəhadətnamə vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,02 ha torpaq sahəsi X12, X6, X14, X18 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE09571974 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZE17695992 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZE17738927 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X11 qeyd edilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 020863 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X7 arasında nikah 02 aprel 2003-cü il tarixdə bağlanmış və həmin nikah 81 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X2 “Həsənova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X17, X6, Cəbrayılova (Məmmədova) Gülər Marif qızı, Əmənova (Məmmədli) Vəfa Marif qızı və Həsənova (Fərzəliyeva) Elmira Əlövsət qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-133A nömrəli 90701004 kodlu şəhadətnamənin X17, X6, Cəbrayılova (Məmmədova) Gülər Marif qızı, Əmənova (Məmmədli) Vəfa Marif qızı və Həsənova (Fərzəliyeva) Elmira Əlövsət qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 X3, X8 Cəbrayılova (Məmmədova) Gülər Marif qızı kimi, X10 Əmənova (Məmmədli) Vəfa Marif qızı kimi və X5 Həsənova (Fərzəliyeva) Elmira Əlövsət qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar