Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3426/2022 21.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «Şərifov Həzrətqulunun» ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 və «Şərifova Qutabəyim qızının» adının ölüm haqqında şəhadətnamədə olduğu kimi X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq X10 «Şərifov Həzrətqulu» kimi və X8 «Şərifova Qutabəyim qızı» kimi yazılmışdır. Bu da onun həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməyinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,90 ha torpaq sahəsi Şərifov Həzrətqulu və Şərifova Qutabəyim qızının ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-163696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1962-ci ildə İmişli şəhərində anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan AZ-041094 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Şərifov Həzrətqulunun adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 042270 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Şərifova Qutabəyim qızının adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X2 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət X3 və X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-819 nömrəli KOD 90712028 saylı Dövlət X3 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Şərifov X1 kimi və Şərifova Qutabəyim qızının X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3426/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3426/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver