Məhkəmə qərarları › İş №2(036)-347/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-347/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-347/2023 13.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi Əliş qızı Ərizəçi, X2 (Əliyeva) Gülnaz Yavər qızı, X4 Mərifət Yavər oğlu, X5 Ruzi Yavər oğlu və X1 Şəmsiyyə Yavər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Nurulu kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 5.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Ərizəçi Əliş qızı Ərizəçi, X2 (Əliyeva) Gülnaz Yavər qızı, X4 Mərifət Yavər oğlu, X5 Ruzi Yavər oğlu və X1 Şəmsiyyə Yavər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayonunun Nurulu kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.07 ha torpaq sahəsi Ərizəçi Əliş qızı, X15, X19, X23, X26, X28 və X16 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1951-ci ildə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17694388 nömrəli AR X7 surətinə əsasən X29 xx.xx.1981-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 18331085 nömrəli AR X7 surətinə əsasən X18 xx.xx.1983-cü ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 473075 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 İlqar Faiq ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-467 nömrəli arayışının surətinə əsasən X12 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Muradallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışda göstərilmişdir ki, JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi adı Ərizəçi Əliş qızı, Məmmədova (Əliyeva) Gülnaz Yavər qızının adı X23, X11 adı X26, X21 adı X27 və X9 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi Əliş qızı Ərizəçi, X2 (Əliyeva) Gülnaz Yavər qızına, X4 Mərifət Yavər oğluna, X5 Ruzi Yavər oğluna və X1 Şəmsiyyə Yavər qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0034 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi Əliş qızı Ərizəçi, X2 (Əliyeva) Gülnaz Yavər qızına, X4 Mərifət Yavər oğluna, X5 Ruzi Yavər oğluna və X1 Şəmsiyyə Yavər qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar