Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-348/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X9 Müşviq Tərlan oğlu, X10 Aftab Bəbir qızı, X11 İlhamə İnqilab qızı, X3 (Süleymanova) Aytəkin Oktay qızı, X7 Tərlan Oktay oğlu, İmanov Ne”mət Tərlan oğlu X64, X2 Səmayə Bayram qızı və X4 Fəridə Mobil qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Muradxanlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 9.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0373 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X9 Müşviq Tərlan oğlu, X10 Aftab Bəbir qızı, X11 İlhamə İnqilab qızı, X3 (Süleymanova) Aytəkin Oktay qızı, X7 Tərlan Oktay oğlu, İmanov Ne”mət Tərlan oğlu X64, X2 Səmayə Bayram qızı və X4 Fəridə Mobil qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 14 iyun 2001-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Muradxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 9.23 ha torpaq sahəsi Ərizəçi, X55, X53, X56, X65, İmanov Ne”mət Tərlan oğlu, X43, X66, X63, X44, X67, X24, X31, X40, X57, X45, X19, X32 və X14 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X46 xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X33 xx.xx.1995-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X23 xx.xx.1993-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X42 xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi xx.xx.1940-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 09900841 nömrəli AR X6 surətinə əsasən X64 xx.xx.1977-ci ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 05364395 nömrəli AR X6 surətinə əsasən X54 xx.xx.1970-ci ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17697362 nömrəli AR X6 surətinə əsasən X62 xx.xx.1967-ci ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 14489350 nömrəli AR X6 surətinə əsasən X30 xx.xx.1976-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 14489709 nömrəli AR X6 surətinə əsasən X15 xx.xx.1993-cü ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-478 nömrəli arayışına əsasən X1 Qiyas Vəli oğlu ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Süleymanova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin V-JQ № 283741 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Bayram Tərlan oğlu ilə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuş və İmanova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 875112 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 Mobil Tərlan oğlu ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuş və İmanova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Muradxanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 54 nömrəli arayışına əsasən JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X26 adı X53, X35 adı X61, X16 adı X63, İmanzadə (Süleymanova) Aytəkin Oktay qızının adı X31, Ərizəçi Oktay oğlunun adı X40, X36 adı İmanov Ne”mət Tərlan oğlu, X17 adı X23 və X20 adı X13 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X9 Müşviq Tərlan oğluna, X10 Aftab Bəbir qızına, X11 İlhamə İnqilab qızına, X3 (Süleymanova) Aytəkin Oktay qızına, X7 Tərlan Oktay oğluna, İmanov Ne”mət Tərlan oğlu X50, X2 Səmayə Bayram qızına və X4 Fəridə Mobil qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0373 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X9 Müşviq Tərlan oğluna, X10 Aftab Bəbir qızına, X11 İlhamə İnqilab qızına, X3 (Süleymanova) Aytəkin Oktay qızına, X7 Tərlan Oktay oğluna, İmanov Ne”mət Tərlan oğlu X50, X2 Səmayə Bayram qızına və X4 Fəridə Mobil qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-348/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-348/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver