Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3484/2022 23.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin öhdədə olma faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12 may 2005-ci il təvəllüdlü nəvəsi Ərizəçi Nofəl qızının 2006-cı ildən öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, oğlu X2 və gəlini X1 nəvəsi sevdanı 1 yaşından etibarən könüllü şəkildə onun öhdəsinə vermişlər, lakin sonradan təxminən 10 il əvvəl aralarında mübahisə yaranmış nəvəsi Sevdanı valideynlərinin himayəsinə qaytarmaq istəsə də valideynləri uşağa sahib çıxmamış və nəvəsi onun öhdəsində qalmışdır. 27 sentyabr 2022-ci il tarixdə isə İmişli rayon İcra Hakimiyyəti başçısının 232 nömrəli sərəncamı ilə rəsmi şəkildə nəvəsi Sevdanın üzərində himayəçi təyin edilməklə onun hüquq və mənafelərinin müdafiəsi nəvəsi Ərizəçi Nofəl qızına tapşırılmışdır. Hazırda isə nəvəsi Sevda universitetə daxil olmuş və təhsil haqqının ödənilməsi yönündə sonuncunun onun öhdəsində olması faktının təsdiqinə zərurət yaranmışdır. Bu fakt rəsmi sənədlərlə təsdiq olunmadığından o, nəvəsinin təhsil haqqının güzəştli şərtlərlə ödənilməsi fürsətindən yararlana bilmir. Ona görə də ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs İmişli rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ərizəçi Nofəl qızı izahatında göstərdi ki, o, uşaqlıqdan nənəsi sevda ilə birlikdə yaşamış və onun bütün lazımı təminatlarını nənəsi qarşılamışdır. Hətta son bir neçə il əvvələ qədər o, nənəsi anası olaraq bilmişdir. Sonradan isə nənəsi onun anasının Çimnaz olduğunu bildirmişdir. Çünki nənəsi ona öz övladı kim baxmış və onu heç bir şeydən ehtiyacsız buraxmamışdır. O da nənəsini anası kimi qəbul edir və bundan sonra da nənəsinin öhdəsində qalmaq istəyir. Məhkəmədə şahid qismində dindirilmiş X2 və X1 izahatlarında övladları Ərizəçi Nofəl qızının 2006-cı ildən etibarən nənəsi Ərizəçi öhdəsində olmasını təsdiq etdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AA3403341 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən baza məlumatlarından görünür ki, Ərizəçi Nofəl qızı 12 may 2005-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur, nənəsi Ərizəçi ilə eyni ünvanda, yəni İmişli şəhəri, M.Müşviq küçəsi ev 188də qeydiyyatdadır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, 12 may 2005-ci il təvəllüdlü Ərizəçi Nofəl qızı uzun illərdir nənəsi Ərizəçi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə görə məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 may 2005-ci il təvəllüdlü Ərizəçi Nofəl qızının 2006-cı ildən nənəsi Ərizəçi öhdəsində olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 may 2005-ci il təvəllüdlü Ərizəçi Nofəl qızının 2006-cı ildən nənəsi Ərizəçi öhdəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3484/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3484/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver