Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3486/2022 28.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun “Honda Accord” markalı, **-PD- *** dövlət nömrə nişanlı avtomobilə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci tarixdə "xxxx" MMC-dən “Honda Accord” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinq müqaviləsi əsasında almışdır. Bundan sonra o, müqavilə üzrə borcunu "xxxx" MMC-yə tam ödəmişdir. Bununla bağlı lizinq şirkətinin xx.xx.2021-ci il tarixli məktubuda var. Həmin avtomobili adına sənədləşdirmək üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş, lakin həmin avtomobilin Beynəlxalq axtarışda olduğu bildirilmiş və daha sonra 05 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs X1-İmtahan və Texniki Baxış şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan "xxxx" MMC-nin06 iyul 2021-ci il tarixli, 1364 saylı məktubun surətindən görünür ki, “Honda Accord” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2018ci il tarixli lizinq müqaviləsi üzrə etibarnamə əsasında idarə edən, İmişli rayonunun Kürdmahmudlu kənd ünvanında qeydiyyatda olan Ərizəçi müvafiq lizinq müqaviləsi üzrə borcunu tam ödəmişdir. Odur ki, həmin avtomobilin Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi “Honda Accord” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilə mülkiyyət hüququnun tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi “Honda Accord” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilsin. Qətnamə “Honda Accord” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilin Ərizəçi adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3486/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3486/2022
28.12.2022 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver