Məhkəmə qərarları › İş №2(036)-3511/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3511/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3511/2022 20.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X5 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş «Ərizəçi1ş oğlunun» Ərizəçi1 kimi, «X9» Ərizəçi2 və «X3» X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər X5 və Ərizəçi2, Ərizəçi1 ilə eyni məzmunlu izahat vərərək ərizəni müdafiə etdilər və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0078 nömrəli 90715018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,63 ha torpaq sahəsi Ərizəçi1ş oğlu, X15, X6, X10 və X7 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktına torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1ş oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AA0760848 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 nın adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 477314 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X16 arasında nikah 12 dekabr 1992-ci il tarixdə bağlanmış və həmin nikah 57 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Vəliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi1, Ərizəçi2, X5, X10 və X4 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli 90715018 kodlu Dövlət aktının Ərizəçi1, Ərizəçi2, X5, X10 və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1ş oğlunun Ərizəçi1 kimi, X9 Ərizəçi2 kimi və X3 X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar