Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3542/2022 14.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında səhvən qeyd olunmuş “X11” X20, “X6” Cəfərova (Qarayeva) Nazxanım Səməd qızı, “X4” Əliyeva (Qarayeva) Təzəxanım Səməd qızı və “X12” Ərizəçi kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5,67 ha torpaq sahəsi X27, X21, X15, X13, X22 və X7 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X5 qeyd edilmişdir. İş materiallarında olan AZE14728856 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZE08149429 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 334430 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X18 arasında nikah 28 iyul 2007-ci il tarixdə Bünyadlı kənd ərazi nümayəndəliyində bağlanmış və həmin nikah 24 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X9 “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-JQ 344042 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X14 arasında nikah 11 avqust 1998-ci il tarixdə İmişli rayon VVAQ şöbəsində bağlanmış və həmin nikah 78 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Əliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları X27, X20, Cəfərova (Qarayeva) Nazxanım Səməd qızı, Əliyeva (Qarayeva) Təzəxanım Səməd qızı, Ərizəçi və X3 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0064 nömrəli 90700068 kodlu dövlət aktının X27, X20, Cəfərova (Qarayeva) Nazxanım Səməd qızı, Əliyeva (Qarayeva) Təzəxanım Səməd qızı, Ərizəçi və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 X5, X6 Cəfərova (Qarayeva) Nazxanım Səməd qızı kimi, X4 Əliyeva (Qarayeva) Təzəxanım Səməd qızı kimi və X12 Ərizəçi kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3542/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3542/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver