Məhkəmə qərarları › İş №2(036)-3630/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3630/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3630/2022 22.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Əlisafa Lətif oğlu, X8 Elçin Əlisafa oğlu, X2 Vəsilə Əlisafa qızı, X3 (Əmənova) Nuranə Əlisafa qızı, X5 Ruslan Əlisafa oğlu, X9 Ramil Əlisafa oğlu, X4 (Cahangirova) Zərifə Qulam qızı və X1 Xudaşükür Əlisafa oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qaravəlli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 6.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Əlisafa Lətif oğlu, X8 Elçin Əlisafa oğlu, X2 Vəsilə Əlisafa qızı, X3 (Əmənova) Nuranə Əlisafa qızı, X5 Ruslan Əlisafa oğlu, X9 Ramil Əlisafa oğlu, X4 (Cahangirova) Zərifə Qulam qızı və X1 Xudaşükür Əlisafa oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə İmişli rayonunun Qaravəlli kəndində yerləşən planda sərhədləri göstərilmiş 6.57 ha torpaq sahəsi X46, X32, X16, X47, X29, X30, X38, X48, X33 və X22 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən X40 xx.xx.1957-ci ildə İmişli rayonununda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən X6 Əlisafa Lətif oğlu ilə xx.xx.1976-cı ildə rəsmi nikaha daxil olmuş və Cahangirova soyadını qəbul etmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X11 surətinə əsasən Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 18332316 nömrəli AR X11 surətinə əsasən X34 xx.xx.1983-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 07980789 nömrəli AR X11 surətinə əsasən X41 xx.xx.1957-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X11 surətinə əsasən X50 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 09935565 nömrəli AR X11 surətinə əsasən X37 xx.xx.1977-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X11 surətinə əsasən X39 xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 17037712 nömrəli AR X11 surətinə əsasən X21 xx.xx.1979-cu ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Qaravəlli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 274 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X17 adı X46, X18 adı X47, X12 adı X29, Cahangirova (Əmənova) Nuranə Əlisafa qızının adı X30, X13 adı X38, X19 adı X48, Adışirinova (Cahangirova) Zərifə Qulam qızının adı X32 və Ərizəçi adı X10 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X7 Əlisafa Lətif oğluna, X8 Elçin Əlisafa oğluna, X2 Vəsilə Əlisafa qızına, X3 (Əmənova) Nuranə Əlisafa qızına, X5 Ruslan Əlisafa oğluna, X9 Ramil Əlisafa oğluna, X4 (Cahangirova) Zərifə Qulam qızına və X1 Xudaşükür Əlisafa oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-152 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X7 Əlisafa Lətif oğluna, X8 Elçin Əlisafa oğluna, X2 Vəsilə Əlisafa qızına, X3 (Əmənova) Nuranə Əlisafa qızına, X5 Ruslan Əlisafa oğluna, X9 Ramil Əlisafa oğluna, X4 (Cahangirova) Zərifə Qulam qızına və X1 Xudaşükür Əlisafa oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar