Məhkəmə qərarları › İş №2(036)-364/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-364/2022

02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-364/2022 02.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-122A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X6 Qoçu Hümbət oğlu, X1 Təziyə Əlövsət qızı, X3 (Məmmədova) Şəfa Müsavət qızı, Məmmədov X17 Səbuhi Müsavət oğlu, X2 Vəfa Müsavət qızı və X5 Müsavət Qoçu oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Yalavac kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-122A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-122A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X6 Qoçu Hümbət oğlu, X1 Təziyə Əlövsət qızı, X3 (Məmmədova) Şəfa Müsavət qızı, Məmmədov X17 Səbuhi Müsavət oğlu, X2 Vəfa Müsavət qızı və X5 Müsavət Qoçu oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 15.12.1998-ci il tarixli 12 saylı qərarı ilə İmişli rayonunun Yalavac kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.19 ha torpaq sahəsi X40, X14, X35, X23, Ərizəçi Musafəli oğlu, X24 və X19 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1992-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 09650883 nömrəli AR X7 surətinə əsasən X34 27.03.1960-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 193363 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X18 06.09.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 13.09.2021-ci il tarixli arayışın surətinə əsasən X41 03.07.1999-cu il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 907052 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Üzeyir Mirheydər oğlu ilə 31.01.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Sefizadə soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə İN tərəfindən verilmiş 02.03.2022-ci il tarixli 155 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X25 adı X40, X8 adı X13, Sefizadə (Məmmədova) Şəfa Müsavət qızının adı X23, Ərizəçi adı Ərizəçi Musafəli oğlu, X16 adı X24 və X20 adı X10 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X6 Qoçu Hümbət oğluna, X1 Təziyə Əlövsət qızına, X3 (Məmmədova) Şəfa Müsavət qızına, Ərizəçi Musafəli oğlu Ərizəçi, X2 Vəfa Müsavət qızına və X5 Müsavət Qoçu oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-122A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X6 Qoçu Hümbət oğluna, X1 Təziyə Əlövsət qızına, X3 (Məmmədova) Şəfa Müsavət qızına, Ərizəçi Musafəli oğlu Ərizəçi, X2 Vəfa Müsavət qızına və X5 Müsavət Qoçu oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar