Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3665/2022 28.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək Cavabdeh İB-nin Salyan X3 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Evinə təbii qazdan istifadə üçün qaz sayğacı quraşdırılmışdır. O, hər ay sayğac göstəricisinə əsasən bildiriş-xəbərdarlıq vasitəsilə ödənişləri etmişdir. 31 oktyabr 2022-ci il tarixdə Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən təbbi qazdan istifadə qaydaların pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, guya sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. O, həmin aktla razı deyil. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. “Azəriqaz“ X1 X3 İdarəsinin işçilərinin həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Ona görə də Cavabdeh İB-nin Salyan X3 İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı İmişli rayonunun Qaralar kəndində yerləşən evində quraşdırılmış sayğacın (Abonent kodu: **********05840) Sayğacın zavod nömrəsi: (0352070) hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbə əsasən abonent İddiaçı istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində 90 günlük müddət ərzində qaz sərfiyyatı ölçülərək 8640 kub/m hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı İmişli rayonunun Qaralar kəndində yerləşən evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdanistifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəlllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt əsasında hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Göstərilən hüquq normalarının tələblərindən də görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi və zədələnmiş qaz sayğacının quraşdırılmasını qaz paylayıcısı həyata keçirir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı barəsində Cavabdeh İB Salyan Regional Qİİ tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3665/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3665/2022
28.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver