Məhkəmə qərarları › İş №2(036)-367/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-367/2022

08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-367/2022 08.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktında səhvən qeyd olunmuş “X8” X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq X5 adı X4 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 avqust 2004-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.52 ha torpaq sahəsi Ərizəçi, X11, X16, X10, X17, X13, X14 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 822860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 yanvar 2017-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktında torpaq mülkiyyətçilərininn adı Ərizəçi, X9, X16, X10, X17, X13, X14 və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0660 nömrəli 90715018 kodlu dövlət aktında torpaq mülkiyyətçilərininn adı Ərizəçi, X9, X16, X10, X17, X13, X14 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar