Məhkəmə qərarları › İş №2(036)-368/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-368/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-368/2021 01.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X9 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X19 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN-0097 saylı 90700078 kodlu Dövlət Aktında səhvən qeyd olunmuş “X12” X14, “X15” X21, “X20” Ərizəçi1, “X7” Quliyeva (Məhəmmədova) Hüsniyyə Əhməd qızı, “X16” Ərizəçi4, “Məmmədova Firuzə Babaş qızının” Ərizəçi2 və “X8” Cəfərova (Məhəmmədova) Müşərrəf Həsən qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi4 ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə X14, X21, X22, Ərizəçi1, Məhəmmədova (Quliyeva) Hüsniyyə Əhməd qızı, Ərizəçi4, Ərizəçi2 və X2 İslahatı zamanı İmişli rayonunun Qulubəyli kəndində 2.77 ha çöl torrpaq sahəsi qeydiyyata alınmış və “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət Aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq X14 “X23” kimi, X21 “X28” kimi, Ərizəçi1 “X32” kimi, Quliyeva (Məhəmmədova) Hüsniyyə Əhməd qızı “X17” kimi, Ərizəçi4 “X29” kimi, Ərizəçi2 “Məmmədova Firuzə Babaş qızı” kimi və Cəfərova (Məhəmmədova) Müşərrəf Həsən qızı “X18” kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş X31 və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X36 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi4 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxx 2002-ci il tarixli 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.77 ha torpaq sahəsi X23, X28, X22, X32, X17, X29, Məmmədova Firuzə Babaş qızı və X8 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1969-cu ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Muradova Firuzə Babaş qızı xx xxxx 1972-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1980-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Məhəmmədova Müşərrəf Həsən qızı xx xxx 1995-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X20 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Məmmədova Firuzə Babaş qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi4 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZE 02386778 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0097 saylı 90700078 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 475588 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçilər Ərizəçi1 ilə Muradova Firuzə Babaş qızı arasında nikah xx xxxxxxx 1991-ci il tarixdə İmişli rayonunun Qulubəyli kənd soveti tərəfindən bağlanmış və həmin nikah 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Muradova Firuzə Babaş qızına “Məhəmmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 162973 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə ərizəçi Məhəmmədova Müşərrəf Həsən qızı arasında nikah xx xxxxx 2017-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 129 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Məhəmmədova Müşərrəf Həsən qızına “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 787192 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə ərizəçi X11 arasında nikah xx xxxxxxx 2012-ci il tarixdə İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyində bağlanmış və həmin nikah 30 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X5 “Quliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-0097 saylı 90700078 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0097 saylı 90700078 kodlu Dövlət aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0097 saylı 90700078 kodlu Dövlət aktının X14, X21, Ərizəçi1, Məhəmmədova (Quliyeva) Hüsniyyə Əhməd qızı, Ərizəçi4, Ərizəçi2, X22 və Məhəmmədova (Cəfərova) Müşərrəf Həsən qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 X1, X15 X6, X20 Ərizəçi1 kimi, X7 Məhəmmədova (Quliyeva) Hüsniyyə Əhməd qızı kimi, X16 Ərizəçi4 kimi, Məmmədova Firuzə Babaş qızının Ərizəçi2 kimi və X8 Məhəmmədova (Cəfərova) Müşərrəf Həsən kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar