Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3717/2022 28.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə səhvən qeyd olunmuş “X3” X1, “X5” X2, “X14” X6, “X10” X4, “X15” X7 və “X17” X12 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsi, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamə ilə ona və X9, X13, X21, X18, X22, X8 və X23 verilmişdir. Həmin şəhadətnamədə onların adları düzgün qeyd olunmamışdır. Qeyd olunan şəhadətnamədə yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli şəhadətnamdən görünür ki, İmişli şəhəri, ünvan 1 ünvanında yerləşən 24 saylı bərbər salonu X11, X16, X24, Ərizəçi, X19, X25, X8 və X17 mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X3 adı, soyadı və ata adı arayışda X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 998421 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X5 adı, soyadı və ata adı ölüm şəhadətnaməsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 078089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X14 adı, soyadı və ata adı ölüm şəhadətnaməsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZE18330478 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AA0838271 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X15 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AA2984095 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X17 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X12 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamədə mülkiyyətçiləri adları X9, X13, X21, Ərizəçi, X18, X22, X8 və X12 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 aprel 2005-ci il tarixli, 003454 nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» şəhadətnamənin X9, X13, X21, Ərizəçi, X18, X22, X8 və X23 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə göstərilmiş X3 X1, X5 X2, X14 X6, X10 X4, X15 X7 və X17 X12 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3717/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3717/2022
28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver