Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-372/2021 01.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X9“ Ərizəçi1 və “X6” X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Maraqlı şəxs3, Maraqlı şəxs1, Ərizəçi1, Maraqlı şəxs2 və X10 Aqrar İslahatı zamanı İmişli rayonunun Soltanmuradlı kəndində 2.15 ha çöl pay torpaq sahəsi qeydiyyata alınmış və “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 saylı Dövlət aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq Alışova (Şahbazova) Güney Tofiq qızı X5 və X1 Məharət Zahir qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət X27 Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər X12 və Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxslər Maraqlı şəxs3 ,Maraqlı şəxs2 və (Şahbazova) Ərizəçi3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 saylı Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.15 ha torpaq sahəsi Ərizəçi2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Ərizəçi1, Maraqlı şəxs2 və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X12 xx.xx.1982-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Maraqlı şəxs1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 354205 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə ərizəçi X12 arasında nikah xx.xx.2007-ci il tarixdə İmişli rayon VVADQ şöbəsi tərəfindən bağlanmış və həmin nikah 545 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Dəmirova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X19 xx.xx.1992-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 105561 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə ərizəçi X19 arasında nikah xx.xx.2016-cı il tarixdə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 251 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X14 “Alışova” soyadı verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Ölcələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, , “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 saylı Dövlət aktında səhvən Ərizəçi1 adı “X24” kimi və Maraqlı şəxs1 adı “X13” kimi yazılmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi1 və X4 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair» JN-0075 nömrəli 90709018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi1 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 Ərizəçi1 kimi və X6 Maraqlı şəxs1 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-372/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-372/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver