Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-380/2022 25.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçi X5 iştirakları ilə, Ərizəçi X5 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktında səhvən qeyd olunmuş “Behdudova Ramiyənin” Ərizəçi, “Behbudova Güləbətinin” X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizəni onunla əsaslandırmışdır ki, onun adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq X3 adı Behbudova Güləbətin kimi, Ərizəçiı adı və ata adı Behdudova Ramiyə kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. Dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.15 ha torpaq sahəsi X12, Behbudova Güləbətin, X13, Ərizəçi və X7 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 746069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Behbudova Güləbətin Əsəd qızı 01 dekabr 2015-ci il tarixdə İmişli şəhərində vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları X12, X6, X13, Ərizəçi və X4 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-696 nömrəli 90712028 kodlu dövlət aktının X12, X6, X13, Ərizəçi və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Behbudova X1 kimi və Ərizəçi kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-380/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-380/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver