Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-381/2023 01.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında səhvən qeyd olunmuş «X3» X2, «X13» X7, «X8» X7 və «X5» Mustafayeva (Əmirova) Ofelya Qardaşxan qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5,09 ha torpaq sahəsi Ərizəçi, X9, X22, X17, X23, X14, X25 və X10 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE13829650 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE00167078 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AA1423841 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AZE15980196 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 907003 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X18 arasında nikah 14 mart 2014-cü il tarixdə bağlanmış və həmin nikah 06 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Mustafayeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi, X12, X21, X21, X23, Mustafayeva (Əmirova) Ofelya Qardaşxan qızı, X25 və X4 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0278 nömrəli 90716018 kodlu dövlət aktının Ərizəçi, X12, X21, X21, X23, Mustafayeva (Əmirova) Ofelya Qardaşxan qızı, X25 və X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 X2, X13 X7, X8 X7 və X5 Mustafayeva (Əmirova) Ofelya Qardaşxan qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-381/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-381/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver