Məhkəmə qərarları › İş №2(036)-3857/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3857/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3857/2022 27.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10 iyun 1992-ci il tarixdə tərtib olunmuş 55 nömrəli ölüm haqqında akt qeydində səhv olaraq yazılmış “X3” X2 oxunması və həmin sənədin sonuncuya məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən ona oğlu Natiq Soltanovun ölüm kağızı verilmişdir. X1 barəsində ölüm haqqında akt qeydi tərtib olunarkən ölüm akt qeydində adı Natiq əvəzinə səhvən Namiq kimi qeyd olunmuşdur. Ölüm şəhadətnaməsində buraxılmış səhvlər onun həmin sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilməsi üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Şəhadətnaməni vermiş qeydiyyat şöbəsi düzəlişlər etməkdən imtina etdiyinə görə sənədin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsinin 11 avqust 2022-ci il tarixli, 05/69-351 saylı arayışından görünür ki, X7 10 iyun 1992-ci il tarixdə ölmüş və bu barədə 10 iyun 1992-ci ildə 55 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan İİ-JQ 336656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 iyul 1973-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. İşdə olan 27 iyun 1990-cı il tarixli Attestatın surətindən görünür ki, X6 1990-cı ildə orta məktəbi bitirmişdir. İşdə olan 13 yanvar 1990-cı il tarixli XXİİİ-JQ 673139 nömrəli pasportun surətindən görünür ki, 10 iyun 1992-ci il tarixli 55 nömrəli ölüm akt qeydinə əsasən 10 iyun 1992-ci il tarixdə ölmüş X3 adı, soyadı və ata adı onun SSRİ vətəndaşının pasportunda X2 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 10 iyun 1992-ci il tarixli 55 nömrəli ölüm akt qeydi tərtib olunarkən mexaniki səhvə yol verilərək ölüm şəhadətnaməsində şəxsin adı düzgün qeyd olunmamış, həmin şəhadətnamə X5 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10 iyun 1992-ci il tarixli 55 nömrəli ölüm akt qeydinə əsasən verilmiş ölüm haqqında şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 1992-ci il tarixli 55 nömrəli ölüm akt qeydinə əsasən verilmiş ölüm haqqında şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə 10 iyun 1992-ci il tarixli 55 nömrəli ölüm akt qeydində göstərilmiş X3 X2 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin (düzəlişlərin) aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar