Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-392/2024 07.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi izahatında göstərmişdir ki, nikahın pozulması və aliment tələbi üzrə başlanmış mediasiya prosesində Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə barışıq sazişi bağlanmışdır.Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. Maraqlı şəxs Muradov X5 Ülkər Habil qızı ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 Ərizəçi yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü onun xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsinə etiraz etməmişdir. İşdə olan AZ-İ №704109 saylı «nikah haqqında şəhadətnamə»yə əsasən Ərizəçi ilə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İİ №801958 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 Anar Ehtibar oğlundan və Ərizəçi törəmişdir. İşdə olan AZ-İV №476669 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 Anar Ehtibar oğlundan və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X10 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 Ərizəçi yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi ilə Cavabdeh arasında mediator X10 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin, fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından məcburi qaydada icra edilməsi üçün təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216- 220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 Ərizəçi nın yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər bir uşaq üçün 250,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Cavabdeh arasında mediator X10 vasitəsilə həyata keçirilən mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-392/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-392/2024
07.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver