Məhkəmə qərarları › İş №2(036)-418/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-418/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-418/2022 23.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 oğlunun iştirakı ilə, iddiaçı Zirvə Liseyi ” MMC-nin cavabdeh Səmədov Sabit Mirzəxan oğlundan müqavilə üzrə təhsil haqqının tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdeh Səmədov Sabit Mirzəxan oğlundan müqavilə üzrə təhsil haqqının tutulması tələbi barədə iddia qaldıraraq tərəflər arasında bağlanmış 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsi üzrə 2000,00 manat əsas borc , 360,0 manat cərimə, cəmi 2360,0 manat və 44,0 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC Səmədov Sabit Mirzəxan oğlu ilə aralarında bağlanmış 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edərək 2019-2020-ci tədris ilində 2019-cu ilin dekabr ayından başlayaraq tədris ilinin sonunadək X2 ümumi təhsilini həyata keçirtmişdir. Müqaviləyə əsasən 2019-2020-ci tədris ili üçün təhsil haqqı 3000,0 manat olmuş, 500,0 manat depozit məbləği qabaqcadan ödənildikdən sonra qalan məbləğin dörd ay müddətində hər ay bərabər məbləğlərdə ödənilib qurtarması nəzərdə tutulmuşdur. Səmədov Sabit Mirzəxan oğlu tədris ilinin sonuadək cəmi 1000,0 manat ödəyərək 2000,0 mant borclu qalmış və indiyədək edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək heç bir ödəniş etməmişdir. Ona görə də, Səmədov Sabit Mirzəxan oğlundan 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsi üzrə 2000,00 manat əsas borc , 360,0 manat cərimə, cəmi 2360,0 manat və 44,0 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. İşdə olan 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsinin 3.1-ci bəndinə əsasən təhsil alan 2019-2020-ci ilin tədris ilinə dekabr ayından başladığına görə təhsil haqqının doqquzda üç hissəsi çıxılaraq 2019-2020-ci ilin tədris ili üçün təhsil haqqı 3000,0 manat təşkil edir. Gündəlik yeməyin dəyəri də təhsil haqqına daxildir. Müqavilənin 3.7-ci bəndinə əsasən əgər Valideyn tədris ili qurtarmadan Təhsilalanı "xxxx"dən çıxararsa, cari tədris ayı üçün ödədiyi məbləğ saxlanılmaqla növbəti aylar üçün qalıq məbləğ qaytarılır. Müqavilənin 4.1-ci bəndinə əsasən....., epidemiyalr, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar qarşısıalınmaz qüvvənin təsirinə ( Fors-major) aiddir. Müqavilənin 4.3-cü bəndinə əsasən qarşısıalınmaz hallar iki aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək təhsil haqqı ödənilmədikdə Təhsilverən müqaviləni birtərəfli qaydada ləğv edə bilər. İşdə olan 133 S-72 saylı Şəxsi işin materiallarına əsasən X4 1-ci yarımilliyin dekabr ayının sonuadək 7 saylı tam orta məktəbin X (B) sinfində oxumuşdur. АR МПМ-нин 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə üəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyən edilmişdir ki, "xxxx" MMC Səmədov Sabit Mirzəxan oğlu ilə bağlanmış 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsi üzrə 2019-2020-ci tədris ilində 2020-ci ilin yanvar ayından X2 ümumi təhsilini həyata keçirtməyə başlamışdır. Müqaviləyə əsasən 2019-2020-ci tədris ili üçün təhsil haqqı 3000,0 manat olmuş, 500,0 manat depozit məbləği qabaqcadan ödənildikdən sonra qalan məbləğin dörd ay müddətində hər ay bərabər məbləğlərdə ödənilib qurtarması nəzərdə tutulmuşdur. Səmədov Sabit Mirzəxan oğlu tədris ili ərzində 1000,0 manat ödəniş etmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ərazisində KOVİD-19 epidemiyası əleyhinə xüsusi karantin rejimlərinin tətbiq olunması ilə əlaqədar AR NK yanında Operativ Qərərgahın tələbi ilə 2020-ci ilin mart ayının ortalarından həmin ilin may ayınadək olan müddətdə ümumtəhsil müəssisələrində tədris dayandırılmış və həmin ilin təkcə may ayı ərzində onlayn qaydada fasilələrlə davam etmişdir. Səmədov Sabit Mirzəxan oğlu 10.01.2020-ci il tarixli 819/2020 ( T 2019-2020) nömrəli Təhsilin təşkili müqaviləsi üzrə təhsil haqqını müqavilədə nəzərdə tutulan müddətdə ödəməyərək epidemiyanın davam etməsi şərti ilə müqaviləni birtərəfli qaydada ləğv etdiyindən müqavilə öhdəliklərinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Unileasinq Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar