Məhkəmə qərarları › İş №2(036)-422/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-422/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-422/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X6 Taleh Ələsgər oğlu, X2 Səyavuş Məmmədalı oğlu, X10 Vətən Səyavuş oğlu, X11 Sahib Səyavuş oğlu, X8 Məmmədalı Şəmil oğlu, X1 Anastasiya Vladislavna qızı və X4 Minaya Əliabbas qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Ağamallar kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 5.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X6 Taleh Ələsgər oğlu, X2 Səyavuş Məmmədalı oğlu, X10 Vətən Səyavuş oğlu, X11 Sahib Səyavuş oğlu, X8 Məmmədalı Şəmil oğlu, X1 Anastasiya Vladislavna qızı və X4 Minaya Əliabbas qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə İmişli rayonunun Ağamallar kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.30 ha torpaq sahəsi X30, X38, Ərizəçi, X43, X46, X24, X47, X49 və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X36 xx.xx.1995-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X25 xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X48 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X16 surətinə əsasən X50 xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 338147 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X29 xx.xx.1999-cu ildə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 338148 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X42 xx.xx.1999-cu ildə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 334735 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2008-ci ildə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Ağamallar kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışda göstərilmişdir ki, JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X21 adı X46, X17 adı X24, X31 adı X47, X32 adı X49, X26 adı X37, X3 adı X14 və X18 adı X15 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X6 Taleh Ələsgər oğluna, X2 Səyavuş Məmmədalı oğluna, X10 Vətən Səyavuş oğluna, X11 Sahib Səyavuş oğluna, X8 Məmmədalı Şəmil oğluna, X1 Anastasiya Vladislavna qızına və X4 Minaya Əliabbas qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0012 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X6 Taleh Ələsgər oğluna, X2 Səyavuş Məmmədalı oğluna, X10 Vətən Səyavuş oğluna, X11 Sahib Səyavuş oğluna, X8 Məmmədalı Şəmil oğluna, X1 Anastasiya Vladislavna qızına və X4 Minaya Əliabbas qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar