Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-427/2023 28.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş «X7» X4, «X17» X6, «X5» X3, «X8» İsmayılova (Aslanova) Gülzada Mahir qızı kimi və «X9» Cəfərzadə (Aslanova) Gülxanım Mahir qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktı və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamə verilmişdir. Həmin dövlət aktında və şəhadətnamədə onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktlarda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət aktı və şəhadətnamə vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 8,02 ha torpaq sahəsi X20, X22, X32, X28, X14, X21, X23, X18, Ərizəçi və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 06 sentyabr 2001ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,16 ha torpaq sahəsi X20, X22, X32, X28, X14, X21, X23, X18, Ərizəçi və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 137721 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı ölüm sənədində X4 qeyd edilmişdir. İş materiallarında olan AA2829286 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X17 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZE16013395 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AA1553134 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 068720 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X19 arasında nikah 04 oktyabr 2004-cü il tarixdə bağlanmış və həmin nikah 02 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X19 qızına “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 iyun 1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE14738276 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X16, X22, X32, X27, X13, İsmayılova (Aslanova) Gülzada Mahir qızı, X23, X18, Ərizəçi və Cəfərzadə (Aslanova) Gülxanım Mahir qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0424 nömrəli 90702018 kodlu dövlət aktının və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-073A nömrəli 90702018 kodlu şəhadətnamənin X16, X22, X32, X27, X13, İsmayılova (Aslanova) Gülzada Mahir qızı, X23, X18, Ərizəçi və Cəfərzadə (Aslanova) Gülxanım Mahir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X4, X17 X6, X5 X3, X8 İsmayılova (Aslanova) Gülzada Mahir qızı kimi və X9 Cəfərzadə (Aslanova) Gülxanım Mahir qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-427/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-427/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver