Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-430/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında səhvən qeyd olunmuş «X21» Ərizəçi kimi, «X1» Əliyeva (Tarıverdiyeva) Tərbiyə Əlixan qızı kimi, «X22» X14, «X17» Ağayeva (Əliyeva) Anarə Möhsün qızı kimi, «X11 » X6 və «X8» X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına İmişli rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 05 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2,60 ha torpaq sahəsi X12, X30, X4, X31, X24 və X11 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X21 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE16822681 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AA2983921 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir. İş materiallarında olan AZE17894053 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X17 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X9 qeyd edilmişdir. İş materiallarında olan AA1609561 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 024693 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X2 qeyd edilmişdir. İş materiallarında olan İV-JQ 300204 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında nikah 22 noyabr 1986-cı il tarixdə bağlanmış və həmin nikah 289 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X3 “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 837519 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X26 arasında nikah 23 may 2013-cü il tarixdə bağlanmış və həmin nikah 291 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X20 “Ağayeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları X10, Ərizəçi, Əliyeva (Tarıverdiyeva) Tərbiyə Əlixan qızı, X29, Ağayeva (Əliyeva) Anarə Möhsün qızı və X6 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0129 nömrəli 50700058 kodlu dövlət aktının X10, Ərizəçi, Əliyeva (Tarıverdiyeva) Tərbiyə Əlixan qızı, X29, Ağayeva (Əliyeva) Anarə Möhsün qızı və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X21 Ərizəçi kimi, X1 Əliyeva (Tarıverdiyeva) Tərbiyə Əlixan qızı kimi, X22 X14, X17 Ağayeva (Əliyeva) Anarə Möhsün qızı kimi, X11 X6 və X8 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-430/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-430/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver