Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-434/2021 15.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Səfərov X33 Güləli Bayrəm oğlu, X6 Arifə Museyib qızı, X3 Sərmə Cəbrayıl qızı, Gülmalıyeva Könül Güləli qızı Gülmalıyeva Könül Gülalı qızı və X1 Zümrüd Gülalı qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Səfərov X33 Güləli Bayrəm oğlu, X6 Arifə Museyib qızı, X3 Sərmə Cəbrayıl qızı, Gülmalıyeva Könül Güləli qızı Gülmalıyeva Könül Gülalı qızı və X1 Zümrüd Gülalı qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə İmişli rayonunun Qızılkənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.92 ha torpaq sahəsi Ərizəçi Bayram oğlu, X12, X23, Səfərova Könül Güləli qızı, X37, X38 və X31 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 071027 nömrəli doğum haqqında şəhadətnamənin surətinə surətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə Lerik rayonunun Murya kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİİ № 203560 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X30 xx.xx.1960-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X9 surətinə əsasən Gülmalıyeva Könül Gülalı qızı xx.xx.1984-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin X-JQ № 451809 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.1985-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan İİ-JQ № 438867 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Güləli Bayrəm oğlu ilə xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olmuş və Səfərova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 267035 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Rəşad Rüstəm oğlu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuş və Gülmalıyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 279847 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Səfərova Könül Güləli qızı X27 ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuş və Gülmalıyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 467430 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X25 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 564 saylı arayışda göstərilmişdir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi adı Ərizəçi Bayram oğlu kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 562 saylı arayışda göstərilmişdir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X14 adı X8 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 561 saylı arayışda göstərilmişdir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X18 adı X5 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 563 saylı arayışda göstərilmişdir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Səfərova Könül Gülalı qızının adı Səfərova Könül Güləli qızı kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 565 saylı arayışda göstərilmişdir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X19 adı X10 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi Bayram oğlu Ərizəçi, X6 Arifə Museyib qızına, X3 Sərmə Cəbrayıl qızına, Gülmalıyeva Könül Güləli qızı Gülmalıyeva Könül Gülalı qızına və X1 Zümrüd Gülalı qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0287 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi Bayram oğlu Ərizəçi, X6 Arifə Museyib qızına, X3 Sərmə Cəbrayıl qızına, Gülmalıyeva Könül Güləli qızı Gülmalıyeva Könül Gülalı qızına və X1 Zümrüd Gülalı qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-434/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-434/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver