Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-464/2021 15.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Fənarə Hüseynağa qızı, Məmmədova Gülçöhrə Novruz qızı Mamedova Gülçöhrə Novruz qızı və X2 Təranə Cavanşir qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Məzrəli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Fənarə Hüseynağa qızı, Məmmədova Gülçöhrə Novruz qızı Mamedova Gülçöhrə Novruz qızı və X2 Təranə Cavanşir qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə İmişli rayonunun Məzrəli kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.22 ha torpaq sahəsi Ərizəçi1, X8, Məmmədova Gülçöhrə Novruz qızı, X9, X13 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/70-141 nömrəli arayışının surətinə əsasən Mamaedova Gülçöhrə Novruz qızı xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 428 saylı arayışda göstərilmişdir ki, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X5 adı X3 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 429 saylı arayışda göstərilmişdir ki, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Mamedova Gülçöhrə Novruz qızının adı Məmmədova Gülçöhrə Novruz qızı kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 427 saylı arayışda göstərilmişdir ki, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi3 adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X1 Fənarə Hüseynağa qızına, Məmmədova Gülçöhrə Novruz qızı Mamedova Gülçöhrə Novruz qızına və X2 Təranə Cavanşir qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0519 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Fənarə Hüseynağa qızına, Məmmədova Gülçöhrə Novruz qızı Mamedova Gülçöhrə Novruz qızına və X2 Təranə Cavanşir qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-464/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-464/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver