Məhkəmə qərarları › İş №2(036)-464/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-464/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-464/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında səhvən qeyd olunmuş «X15» Ərizəçi kimi, «X7» X1, «X12» X4, «X22» X8, «X13» Səfərova (Əliyeva) Günel Xəlifə qızı kimi, «X16» Əzimova (Əliyeva) Vəfa Xəlifə qızı kimi, «X9» X5 və «X10» X2 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına İmişli rayonunun Nurulu kəndində 5,58 ha pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5,58 ha torpaq sahəsi X32, X18, X24, X28, X25, X35, X33 və X13 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE16013098 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZE16824474 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE08353846 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. İş materiallarında olan AA0220888 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZE08440420 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan İV-JQ 467221 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı ölüm sənədində X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 763555 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı ölüm sənədində X2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 875054 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X27 arasında nikah 15 noyabr 2013-cü il tarixdə bağlanmış və həmin nikah 18 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X14 “Səfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 355393 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X30 arasında nikah 21 avqust 2007-ci il tarixdə bağlanmış və həmin nikah 09 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X20 “Əzimova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi, X11, X23, X21, X17, X31, Əzimova (Əliyeva) Vəfa Xəlifə qızı və Səfərova (Əliyeva) Günel Xəlifə qızı kimi oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0071 nömrəli 90712038 kodlu dövlət aktının Ərizəçi, X11, X23, X21, X17, X31, Əzimova (Əliyeva) Vəfa Xəlifə qızı və Səfərova (Əliyeva) Günel Xəlifə qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 Ərizəçi kimi, X7 X1, X12 X4, X22 X8, X13 Səfərova (Əliyeva) Günel Xəlifə qızı kimi, X16 Əzimova (Əliyeva) Vəfa Xəlifə qızı kimi, X9 X5 və X10 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar