Məhkəmə qərarları › İş №2(036)-470/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-470/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-470/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X33 Ərizəçi, X1 Zərifə Cümü qızı, X3 Bəhruz Yaqub oğlu, X6 Emin Atdıxan oğlu, X4 Xaqani Yaqub oğlu və X5 Elşən Yaqub oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əliqulular kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-121 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X33 Ərizəçi, X1 Zərifə Cümü qızı, X3 Bəhruz Yaqub oğlu, X6 Emin Atdıxan oğlu, X4 Xaqani Yaqub oğlu və X5 Elşən Yaqub oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.03 ha torpaq sahəsi X33, X36, X37, X45, X38 və X31 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 19086616 nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XV-JQ № 291657 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X30 xx.xx.1990-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Xİ-JQ № 356613 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X27 xx.xx.1985-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XXİ-JQ № 297934 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X34 xx.xx.1984-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İX-JQ № 336916 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.1983-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZB № 119940 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-520 nömrəli arayışının surətinə əsasən X35 xx.xx.1963-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İİ-JQ № 479925 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Yaqub Atdıxan oğlu ilə xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuş və Baxşəliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 387 nömrəli arayışa əsasən JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X33, X9 adı X36, X10 adı X37, X11 adı X45, X12 adı X38 və X13 adı X18 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X33 Ərizəçi, X1 Zərifə Cümü qızına, X3 Bəhruz Yaqub oğluna, X6 Emin Atdıxan oğluna, X4 Xaqani Yaqub oğluna və X5 Elşən Yaqub oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-121 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X33 Ərizəçi, X1 Zərifə Cümü qızına, X3 Bəhruz Yaqub oğluna, X6 Emin Atdıxan oğluna, X4 Xaqani Yaqub oğluna və X5 Elşən Yaqub oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar