Məhkəmə qərarları › İş №2(036)-472/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-472/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-472/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Əhliman Muxdar oğlu, X4 Siyab Əhliman oğlu və X1 Şəhla Qənbər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Sarxanlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0108 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X2 Əhliman Muxdar oğlu, X4 Siyab Əhliman oğlu və X1 Şəhla Qənbər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2004-cü il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Sarxanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.66 ha torpaq sahəsi X25, X27, X32, X19, X37 və Ərizəçi ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X36 xx.xx.1972-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 881651 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 Siyab Əhliman oğlu ilə xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-521 nömrəli arayışına əsasən X12 doğulmuş xx.xx.1972-ci il təvəllüdlü X36 X7 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-522 nömrəli arayışına əsasən X13 doğulmuş xx.xx.1972-ci il təvəllüdlü X5 Əhliman Muxtar oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-508 nömrəli arayışına əsasən X10 doğulmuş xx.xx.1942-ci il təvəllüdlü X3 Muxtar Cəbrayıl oğlundan törəmişdir. İşdə olan İmişli RİHB-nin Sarıxanlı və Buludlu kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 795 nömrəli arayışa əsasən JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X16 adı X25, X17 adı X32 və X20 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Əhliman Muxdar oğluna, X4 Siyab Əhliman oğluna və X1 Şəhla Qənbər qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0108 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Əhliman Muxdar oğluna, X4 Siyab Əhliman oğluna və X1 Şəhla Qənbər qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar