Məhkəmə qərarları › İş №2(036)-481/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-481/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-481/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Faraqim İltifat oğlu, X3 Vüsal Fəraqim oğlu və X1 Vüsalə Fəraqim qızı oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Xubyarlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.33 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Faraqim İltifat oğluna, X3 Vüsal Fəraqim oğluna və X1 Vüsalə Fəraqim qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə İmişli rayonu, Xubyarlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.86 ha torpaq sahəsi X13, X20, X18, X19 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 20 iyul 2004-cü il tarixli 07 saylı qərarı ilə İmişli rayonu, Xubyarlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.33 ha torpaq sahəsi X13, X21, X18, X19 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1956-cı ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Xİİ-JQ № 384782 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Xİİ-JQ № 293285 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.1984-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 300360 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi qızı X30 ilə xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1121 saylı arayışına əsasən JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında və JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv olaraq Ərizəçi adı X13, X9 adı X19 və X7 adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Faraqim İltifat oğluna, X3 Vüsal Fəraqim oğluna və X1 Vüsalə Fəraqim qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-092A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0856 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Faraqim İltifat oğluna, X3 Vüsal Fəraqim oğluna və X1 Vüsalə Fəraqim qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar