Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-482/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktında səhvən qeyd olunmuş «X4» X3 və «X5» Hüseynova (Əmənova) Dilarə Alim qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına aqrar islahat zamanı 5,40 ha torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. Dövlət aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5,40 ha torpaq sahəsi X12, X6, X13, X10, X14, Ərizəçi və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA2563476 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZE18330958 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 276693 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X15 arasında nikah 27 iyul 2018-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 340 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X8 “Hüseynova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktındadə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktında ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktında torpaq mülkiyyətçilərinin adları X12, X6, X13, X11, X14, Ərizəçi və Hüseynova (Əmənova) Dilarə Alim qızı kimi oxunmalı və həmin sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0354 nömrəli KOD 90702018 saylı dövlət aktının X12, X6, X13, X11, X14, Ərizəçi və Hüseynova (Əmənova) Dilarə Alim qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 X3 və X5 Hüseynova (Əmənova) Dilarə Alim qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-482/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-482/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver