Məhkəmə qərarları › İş №2(036)-487/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-487/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-487/2021 23.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda iş üzrə ərizəçi qismində çıxış edən Ərizəçi1 iştirakı ilə, Ərizəçi2 və etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi2 və etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “Ərizəçi2 Kərəm oğlunun” Ərizəçi2 və “X2” X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət Aktına əsasən ona və ailə üzvlərinə 2.78 ha pay torpaq sahəsi verilmişdir. Dövlət Aktında texniki səhv olaraq Ərizəçi2 “Ərizəçi2 Kərəm oğlu” kimi, Şərəfxanova (Məmmədova) Dilarə Tarix qızı “X5” kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Həmin sənədlərdən istifadə edə bilməyləri üçün ad və ata adındakı yalnışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət Aktı vermiş X13 və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda iş üzrə ərizəçi qismində çıxış edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxx 2001-ci il tarixli 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.78 ha torpaq sahəsi Ərizəçi2 Kərəm oğlu, X6, X4, X7 və X2 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1981ci ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan ********** nömrəli pasportun surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi2 Kərəm oğlunun adı, soyadı və ata adı pasportunda Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 17245847 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Şərəfxanova (Məmmədova) Dilarə Tarix qızı kimi qeyd edilmişdir. İş materiallarından olan V-JQ 477412 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X11 arasında xx xxxxxx 1993-cü il tarixdə İmişli rayon İHB Muradxanlı kənd üzrə nümayəndəliyində bağlanmış və həmin nikah 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X9 “Şərəfxanova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 048118 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə ərizəçi X8 arasında nikah xx xxx 2003-cü il tarixdə Sabunçu rayon VVADQ şöbəsində bağlanmış və həmin nikah 297 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X3 “Məmmədova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi2, X6, X4, X7 və Şərəfxanova (Məmmədova) Dilarə Tarix qızı kimi oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0048 nömrəli 90700088 kodlu Dövlət Aktının Ərizəçi2, X6, X4, X7 və Şərəfxanova (Məmmədova) Dilarə Tarix qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi2 Kərəm oğlunun Ərizəçi2 kimi və X2 Şərəfxanova (Məmmədova) Dilarə Tarix qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar