Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-491/2021 02.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət Aktında səhv olaraq yazılmış “X12” şəxsiyyət vəsiqəsində olduğu kimi X5 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə X6 xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət Aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq mərhum qardaşının adı İlkin əvəzinə “İman” kimi qeyd edilmişdir. Torpaq sənədində buraxılmış səhv onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Dövlət Aktıni vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət Aktınin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2001-ci il tarixli 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.96 ha torpaq sahəsi X18, X4, Ərizəçi, X19, X9 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. X7, anası X1r. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür, X11 «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət Aktında adı səhvən X8 yazılmışdır. Bu adda onların ailəsində və Qızılkənd kəndində adam olmayıb və yaşamayıb. Əslində onun adı X16 olub. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X11 adı səhvən “X19” kimi qeyd olunmuşdur, onun ölüm sənədində və digər rəsmi sənədlərində qeyd olunan adı ilə Dövlət Aktında göstərilən adı ilə düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət X2, X4, Ərizəçi, X16, X9 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0213 nömrəli 90700108 kodlu Dövlət X3, X4, Ərizəçi, X16, X9 və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 X5 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-491/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-491/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver