Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-500/2022 16.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 415F nömrəli 90712028 kodlu şəhadətnamədə səhv olaraq yazılmış “X6” X5 və “X15” X3 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə arvadı X9, övladları X7 və X4 İmişli rayonunun Otuzikilər kəndində indiki İmişli şəhərində 0,27 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamənda texniki səhv olaraq arvadının X8 ata adı Sadıq kimi, oğlu Səfa Kərimovda isə oğlu sözü yazılmamışdır. Şəhadətnamədə buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Şəhadətnaməni vermiş Aqrar İslahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-415F nömrəli 90712028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,27 ha torpaq sahəsi Ərizəçi, X12, X15 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan İV-JQ 388208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 iyul 1976-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 02980039 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, « Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AZE 09935056 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamənda texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamənin Ərizəçi, X11, X10 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-415F nömrəli 90712028 kodlu şəhadətnamənin Ərizəçi, X11, X10 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 X5 X14 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-500/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-500/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver