Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-561/2023 19.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçinın hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X8 Yusub Bayram oğlu, X1 Əzizbikə Sevdimalı qızı, X9 Vüqar Yusub oğlu, X4 Aygün Yusub qızı, X5 Cahan Yusub qızı, X3 Gülurub Yusub qızı, X10 Xalidə Yusub qızı, Ərizəçi Usub oğlu Ərizəçi, X6 Radə Yusub qızı, X7 Günay Yusub qızı, X2 Göyərçin Yusub qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xəlfəli kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 5.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X8 Yusub Bayram oğlu, X1 Əzizbikə Sevdimalı qızı, X9 Vüqar Yusub oğlu, X4 Aygün Yusub qızı, X5 Cahan Yusub qızı, X3 Gülurub Yusub qızı, X10 Xalidə Yusub qızı, Ərizəçi Usub oğlu Ərizəçi, X6 Radə Yusub qızı, X7 Günay Yusub qızı, X2 Göyərçin Yusub qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 04 saylı qərarı ilə İmişli rayonunun Xəlfəli kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.35 ha torpaq sahəsi X57, X18, X70, X59, X60, X48, X49, Ərizəçi Usub oğlu, X61, X63 və X20 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE08360753 nömrəli AR X15 surətinə əsasən X46 xx.xx.1972-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE******** nömrəli AR X15 surətinə əsasən Ərizəçi xx.xx.1983-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AZE1519019 nömrəli AR X15 surətinə əsasən X71 xx.xx.1979-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AA1360626 nömrəli AR X15 surətinə əsasən X62 xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE16012027 nömrəli AR X15 surətinə əsasən X34 xx.xx.1977-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA1021202 nömrəli AR X15 surətinə əsasən X50 xx.xx.1990-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE13612688 nömrəli AR X15 surətinə əsasən X64 xx.xx.1974-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA0317807 nömrəli AR X15 surətinə əsasən X65 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE02008834 nömrəli AR X15 surətinə əsasən X58 xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Xəlfəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 205 nömrəli arayışına əsasən JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X27 adı X57, X12 adı X18, X66 adı X70, X28 adı X59, X29 adı X60, X21 adı X17, X23 adı X49, Ərizəçi adı Ərizəçi Usub oğlu, X35 adı X61, X30 adı X63, X16 adı X13 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X8 Yusub Bayram oğluna, X1 Əzizbikə Sevdimalı qızına, X9 Vüqar Yusub oğluna, X4 Aygün Yusub qızına, X5 Cahan Yusub qızına, X3 Gülurub Yusub qızına, X10 Xalidə Yusub qızına, Ərizəçi Usub oğlu Ərizəçi, X6 Radə Yusub qızına, X7 Günay Yusub qızına, X2 Göyərçin Yusub qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0086 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X8 Yusub Bayram oğluna, X1 Əzizbikə Sevdimalı qızına, X9 Vüqar Yusub oğluna, X4 Aygün Yusub qızına, X5 Cahan Yusub qızına, X3 Gülurub Yusub qızına, X10 Xalidə Yusub qızına, Ərizəçi Usub oğlu Ərizəçi, X6 Radə Yusub qızına, X7 Günay Yusub qızına, X2 Göyərçin Yusub qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-561/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-561/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver