Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-569/2021 26.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 oğlu və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 oğlu və Ərizəçi3 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 oğlu və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayonu X14 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90704018 saylı Dövlət Aktında səhvən qeyd olunmuş “X2” adının şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1, “X3” adının və soyadının şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi2 oğlu, “Nəsirov Söhrab Mansır oğlunun” adının şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi3, “X10” ölüm şəhadətnaməsində olduğu kimi X22 və “Hüseynov Hüseynalı Böyükağa oğlunun” ölüm şəhadətnaməsində olduğu kimi Hüseynov Hüseynalı Böyük oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, onların və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayonu X14 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90704018 saylı Dövlət Aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq Ərizəçi1 “X7” kimi, Ərizəçi2 oğlu “X11” kimi, Ərizəçi3 “Nəsirov Söhrab Mansır oğlu” kimi, X22 “X23” kimi və Hüseynov Hüseynalı Böyük oğlu “Hüseynov Hüseynalı Böyükağa oğlu” kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş X24 və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 oğlu və Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X29 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-00xx xxx 90704018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 8.34 ha torpaq sahəsi Hüseynov Hüseynalı Böyükağa oğlu, X4, X7, X8, X12, X9, X23, X11, X1, X25, X26 və Nəsirov Söhrab Mansır oğlunun ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 oğlu xx xxxxxx 1956-cı ildə İmişli şəhərində anadan olmuşdur. Atası: X15, Anası: X17r. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi3 xx xxxx 1962-ci ildə İmişli şəhərində anadan olmuşdur. Atası:X18, Anası: X13r. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0049 saylı 90704018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 07590755 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0049 saylı 90704018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0049 saylı 90704018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Nəsirov Söhrab Mansır oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-0049 saylı 90704018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0049 saylı 90704018 kodlu Dövlət aktının ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0049 saylı 90704018 kodlu Dövlət aktının Hüseynov Hüseynalı Böyük oğlu, X4, Ərizəçi1, X8, X12, X9, X22, Ərizəçi2 oğlu, X1, X27, X26 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə “Torpağa mülkiyyət hüququna dair” JN-0049 saylı 90704018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 Ərizəçi1 kimi, X3 Ərizəçi2 oğlu kimi, Nəsirov Söhrab Mansır oğlunun Ərizəçi3 kimi, X10 X5 və Hüseynov Hüseynalı Böyükağa oğlunun Hüseynov Hüseynalı Böyük oğlu kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-569/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-569/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver