Məhkəmə qərarları › İş №2(036)-573/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-573/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-573/2023 27.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə verilmiş «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında səhvən qeyd olunmuş «X10» Cəfərova (Mustafayeva) Gülsüm Əliqulu qızı kimi, «X2» X1, «X12» Abbasova (Cəfərli) Pərvin Saday qızı kimi və «X11» Cəfərova (Quliyeva) Aftab Nərman qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 26 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş torpaq sahəsi X36, X37, X5, X21, X27, X28, X33, X34, X35, X17, X29, X30, X22, X13 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA0714068 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AA4406286 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZE15188076 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 477018 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X8 arasında nikah 27 yanvar 1993-cü il tarixdə bağlanmış və həmin nikah 07 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X3 “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 981453 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X31 arasında nikah 15 oktyabr 2014-cü il tarixdə bağlanmış və həmin nikah 19 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X18 “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan V-JQ 365204 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X26 arasında nikah 1991-ci il tarixdə bağlanmış və həmin nikah 5 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X14 “Cəfərova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları X36, X37, X4, Cəfərova (Quliyeva) Aftab Nərman oğlu, X27, X28, X33, X34, X35, Cəfərova (Mustafayeva) Gülsüm Əliqulu qızı, X29, Abbasova (Cəfərli) Pərvin Saday qızı, X22 və X9 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpaq mülkiyyət hüququna dair» JN-0033 nömrəli 90710038 kodlu dövlət aktının X36, X37, X4, Cəfərova (Quliyeva) Aftab Nərman oğlu, X27, X28, X33, X34, X35, Cəfərova (Mustafayeva) Gülsüm Əliqulu qızı, X29, Abbasova (Cəfərli) Pərvin Saday qızı, X22 və X19 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 Cəfərova (Mustafayeva) Gülsüm Əliqulu qızı kimi, X5 nın X1, X12 Abbasova (Cəfərli) Pərvin Saday qızı kimi və X11 Cəfərova (Quliyeva) Aftab Nərman qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar