Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-574/2023 27.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X54 Ərizəçi, X9 Şövgi Nadir oğlu, X1 Niyaməddin Nadir oğlu, X3 İmaməddin Nadir oğlu, X4 Elnarə Nadir qızı, X5 (Qanışova) Aygül Nadir qızı, X11 Nadir Abış oğlu və X2 Səbirə Əliş qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunda yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 5.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0343 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X54 Ərizəçi, X9 Şövgi Nadir oğlu, X1 Niyaməddin Nadir oğlu, X3 İmaməddin Nadir oğlu, X4 Elnarə Nadir qızı, X5 (Qanışova) Aygül Nadir qızı, X11 Nadir Abış oğlu və X2 Səbirə Əliş qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Bəcrəvan kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.86 ha torpaq sahəsi X52, X37, X54, X46, X36, X20, X31 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 13613721 nömrəli AR X6 surətinə əsasən X21 xx.xx.1976-cı ildə İmişli rayonun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X26 xx.xx.1979-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 16824292 nömrəli AR X6 surətinə əsasən X32 xx.xx.1977-ci ildə İmişli rayonun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X6 surətinə əsasən X38 xx.xx.1975-ci ildə İmişli rayonun Bəcrəvan kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 Loğman Nizam oğlu ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmuş və Əkbərova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ 112364 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X53 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ 763476 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X27 xx.xx.2015-ci ildə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 459 saylı arayışına əsasən JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X54, X29 adı X46, X10 adı X20, X13 adı X25, X22 adı X31, Əkbərova (Qanışova) Aygül Nadir qızının adı X36, X33 adı X52 və X14 adı X16 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X54 Ərizəçi, X9 Şövgi Nadir oğluna, X1 Niyaməddin Nadir oğluna, X3 İmaməddin Nadir oğluna, X4 Elnarə Nadir qızına, X5 (Qanışova) Aygül Nadir qızına, X11 Nadir Abış oğluna və X2 Səbirə Əliş qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0343 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X54 Ərizəçi, X9 Şövgi Nadir oğluna, X1 Niyaməddin Nadir oğluna, X3 İmaməddin Nadir oğluna, X4 Elnarə Nadir qızına, X5 (Qanışova) Aygül Nadir qızına, X11 Nadir Abış oğluna və X2 Səbirə Əliş qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-574/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-574/2023
27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver