Məhkəmə qərarları › İş №2(036)-575/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-575/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-575/2022 29.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 595,68 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, 132 saylı müqaviləyə əsasən cavabdeh (Bəcrəvan kəndi ərazisində yerləşən) 4.0 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 3763,26 manat avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında: 3.4 ha sahədə 102 manat dəyərində 1-ci şum, 4 ha sahədə 112 manat dəyərində 2-ci şum, 3.5 ha sahədə 59.50 manat dəyərində ağır-mala, 2.5 ha sahədə 30 manat dəyərində siyid səpini, 17.94 ha sahədə 233.22 manat dəyərində kultivasiya, 11 ha sahədə 110 manat dəyərində dərman səpini, 3 ha sahədə 330 manat dəyərində maşınla 1-ci üz pambıq yığımı, 3 ha sahədə 210 manat dəyərində 2-ci üz maşınla pambıq yığımı, 1016.54 manat dəyərində dərman/pessimistlər, 640 manat dəyərində çiyid toxumu, avans olaraq arat, kətmənləmə və seyrəltmə üçün 920 manat cəmi 3763,26 manat məbləğində vəsait xərclənmişdir. Lakin cavabdeh müqavilənin şətlərini pozaraq mövsüm başa çatsada xam-pambıq təhvil verməmiş bununlada iddiaçıya 595,68 manat məbləğində borcu qalmışdır. Qeyd olunan borc məbləğlərini qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin Baş direktoru Azər Əlizadə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Lakin yaxın qısa müddət ərzində borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 132 saylı müqaviləsi üzrə 595,68 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh 595,68 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 625,68 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 595,68 manat borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 625,68 (altı yüz iyirmi beş manat, altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar