Məhkəmə qərarları › İş №2(036)-581/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-581/2021

20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-581/2021 20.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 məhkəməyə vəsatət təqdim edərək mülki işin məhkəmə aidiyyatının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh X2 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardadan qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar