Məhkəmə qərarları › İş №2(036)-584/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-584/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-584/2021 03.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Aslanov X12 Xankişi Seyfulla oğlu, Qaraşova X13 Vəsilə Seyfulla qızı, Aslanova X28 Nisə Cəmil qızı, Cahangirova X4 Yasəmən Seyfulla qızı və X1 Məleykə Əlbaba qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Oruclu kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Aslanov X12 Xankişi Seyfulla oğlu, Qaraşova X13 Vəsilə Seyfulla qızı, Aslanova X28 Nisə Cəmil qızı, Cahangirova X4 Yasəmən Seyfulla qızı və X1 Məleykə Əlbaba qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Oruclu kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.06 ha torpaq sahəsi X16, X9, X14, X11, Ərizəçi1h oğlu, X33, X17, X22 və X15 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 17696449 nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X23 xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi1 xx.xx.1961-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi2 xx.xx.1969-cu ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi3 xx.xx.1964-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X20 xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X18 xx.xx.1989-cu ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi4 xx.xx.1977-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/69-571 nömrəli arayışın surətinə əsasən X2 Seyfulla Xankişi oğlu ilə xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/70-560 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Ərizəçi1h oğlu Ərizəçi1, Ərizəçi2h qızı Ərizəçi2, Ərizəçi3 Cəlil qızı Ərizəçi3, Cahangirova X4 Yasəmən Seyfulla qızına və X1 Məleykə Əlbaba qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi1h oğlu Ərizəçi1, Ərizəçi2h qızı Ərizəçi2, Ərizəçi3 Cəlil qızı Ərizəçi3, Cahangirova X4 Yasəmən Seyfulla qızına və X1 Məleykə Əlbaba qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar