Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-604/2021 16.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “Hüseynova Zöhrə Heydər qızının” Hüseynova (Cavadova) Zöhrə Heydar qızı kimi və “X1” Cavadova (Kərimova) Gülnar Şahin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni onunla əsaslandırılmışdır ki, aqrar islahat zamanı ona və ailə üzvlərinə İmişli rayonunun Telişli kəndində 1.86 ha və 0.30 ha kənd təsərrüfatı məhsullarının əkilməsi üçün torpaq sahəsi qeydiyyata alınmış, «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktı və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamə verilmişdir. Həmin Dövlət aktında və şəhadətnamədə səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0013 nömrəli 90717018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2004-cü il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.86 ha torpaq sahəsi ərizəçilərin və digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-013A nömrəli 90717018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.30 ha torpaq sahəsi ərizəçilərin və digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1957-ci il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1986-cı ildə İmişli rayonunun Telişli kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktı və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş Hüseynova Zöhrə Heydər qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktı və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 qızı kimi qeyd edilmişdir. İş materiallarında olan İİ-JQ 366039 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə ərizəçi Hüseynova Zöhrə Heydar qızı arasında nikah xx xxxxxx 1981-ci il tarixdə İmişli rayon Məmmədli kənd soveti ərəfindən bağlanmış və həmin nikah 02 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Hüseynova Zöhrə Heydar qızına “Cavadova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 139850 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi2 arasında nikah xx xxxx 2005-ci il tarixdə İmişli rayon Telişli və Allahmədətli kənd icra nümayəndəliyində bağlanmış və həmin nikah 06 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Ərizəçi2 “Kərimova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktı və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Hüseynova (Cavadova) Zöhrə Heydar qızının və Cavadova (Kərimova) Gülnar Şahin qızının adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-013A nömrəli 90717018 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X2, Hüseynova (Cavadova) Zöhrə Heydar qızı, X4 və Cavadova (Kərimova) Gülnar Şahin qızına aid edilməli və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0013 nömrəli 90717018 kodlu Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-013A nömrəli 90717018 kodlu şəhadətnamənin X2, Hüseynova (Cavadova) Zöhrə Heydar qızı, X4 və Cavadova (Kərimova) Gülnar Şahin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Hüseynova Zöhrə Heydər qızının Hüseynova (Cavadova) Zöhrə Heydar qızı kimi və X1 Cavadova (Kərimova) Gülnar Şahin qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-604/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-604/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver