Məhkəmə qərarları › İş №2(036)-617/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-617/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-617/2021 03.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X9 İxtilət Mikiş oğlu, X18 Əminə Adış qızı, X1 Ərkinaz Əlikişi qızı, X10 Vahib İxtilət oğlu, Ağayev X56 Vüqar İxtilət oğlu, X19 Alim İxtilət oğlu, X2 Zaminə İxtilət qızı, X3 Səbinə İxtiləm qızı, X11 Rasət İxtilət oğlu və X5 Rəmziyyə Vüqar qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Çahar kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 5.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X9 İxtilət Mikiş oğlu, X18 Əminə Adış qızı, X1 Ərkinaz Əlikişi qızı, X10 Vahib İxtilət oğlu, Ağayev X56 Vüqar İxtilət oğlu, X19 Alim İxtilət oğlu, X2 Zaminə İxtilət qızı, X3 Səbinə İxtiləm qızı, X11 Rasət İxtilət oğlu və X5 Rəmziyyə Vüqar qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə İmişli rayonunun Çahar kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.50 ha torpaq sahəsi X60, X73, X15, X62, Ərizəçi İxtilat oğlu, X70, X36, X38, X64, X50, X66, X49 və X24 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən xx.xx.1966-cı ildə İmişli rayonunun Çahar kəndində anadan olmuş Ərizəçi X25 və X41 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən xx.xx.1976-cı ildə İmişli rayonunun Çahar kəndində anadan olmuş X12 İxtilət Mikiş oğlundan və X41 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən xx.xx.1977-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuş X20 İxtilət Mikiş oğlundan və X41 törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən xx.xx.1968-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuş X13 İxtilət Mikiş oğlundan və X41 törəmişdir. İşdə olan Seriya AZE 17891845 nömrəli AR X6 surətinə əsasən X65 xx.xx.1968-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17605489 nömrəli AR X6 surətinə əsasən X66 xx.xx.1992-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17696741 nömrəli AR X6 surətinə əsasən X51 xx.xx.1963-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 17604669 nömrəli AR X6 surətinə əsasən X42 xx.xx.1991-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 16011951 nömrəli AR X6 surətinə əsasən X43 xx.xx.1979-cu ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 08149351 nömrəli AR X6 surətinə əsasən X37 xx.xx.1963-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 040785 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X61 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 125455 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Qaradonlu kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 143 saylı arayışda göstərilmişdir ki, JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X29 adı X60, X52 adı X73, X4 adı X15, X30 adı X62, Ərizəçi adı Ərizəçi İxtilat oğlu, X44 adı X70, X21 adı X36, X22 adı X38, X31 adı X64 və X23 adı X17 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X9 İxtilət Mikiş oğluna, X18 Əminə Adış qızına, X1 Ərkinaz Əlikişi qızına, X10 Vahib İxtilət oğluna, Ərizəçi İxtilat oğlu Ərizəçi, X19 Alim İxtilət oğluna, X2 Zaminə İxtilət qızına, X3 Səbinə İxtiləm qızına, X11 Rasət İxtilət oğluna və X5 Rəmziyyə Vüqar qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-166 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X9 İxtilət Mikiş oğluna, X18 Əminə Adış qızına, X1 Ərkinaz Əlikişi qızına, X10 Vahib İxtilət oğluna, Ərizəçi İxtilat oğlu Ərizəçi, X19 Alim İxtilət oğluna, X2 Zaminə İxtilət qızına, X3 Səbinə İxtiləm qızına, X11 Rasət İxtilət oğluna və X5 Rəmziyyə Vüqar qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar