Məhkəmə qərarları › İş №2(036)-619/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-619/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-619/2021 23.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 kodlu Dövlət Aktında səhv olaraq yazılmış “X19” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi, “X10” şəxsiyyət vəsiqəsində olduğu kimi X1 və “X6” şəxsiyyət vəsiqəsində olduğu kimi X3 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə Aqrar islahat zamanı İmişli rayonunun Qaralar kəndində 4.33 ha həyatyanı torpaq sahəsi qeydiyyata alınmış və «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş X20 və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənədə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan X13 surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. İşdə olan X13 surətindən görünür ki, X14 xx xxxxxx 1973-cü il tarixdə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 09570954 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZE 07675727 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Ağaməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 saylı Dövlət aktında səhvən Ərizəçi adı “X26” kimi, X5 adı “X18” kimi və X11 adı “X15” kimi yazılmışdır. İş materiallarında olan JN-0019 nömrəli 90700038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktınin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1999-cu il tarixli 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4.33 ha torpaq sahəsi X27, X21, X16, X26, X18 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi soyadı səhvən “X26” kimi, X7 adı, soyadı və ata adı səhvən X4, X11 adı səhvən X2 qeyd olunmuşdur, onların şəxsiyət vəsiqələrində və digər rəsmi sənədlərində qeyd olunan ad, soyad və ata adları ilə Dövlət Aktında göstərilən ad, soyad və ata adları düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 kodlu Dövlət X8, X21, X16, Ərizəçi, X14 və X12 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0019 nömrəli 90700038 kodlu Dövlət X9, X21, X16, Ərizəçi, X14 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçiləri kimi göstərilmiş X19 Ərizəçi kimi, X10 X1 və X6 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar